Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1039
16.02.2025, 01:39
"Efir-AZ" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) taksi sifarişi operatoru 20 000 manat miqdarında cərimələnib.
OXU24.COM xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə protokol irəli sürülüb və iş məhkəməyə göndərilib.
"Efir-Az" MMC 99 UP 960 nömrə nişanlı "Toyota" və 99 BL 050 nömrə nişanlı "Mersedes"ə verilmiş taksi sifarişləri barədə məlumatların AYNA İS-ə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi müəyyən edilib.
Həmçinin oxuyun
Məhkəmənin qərarı ilə "Efir-Az" MMC-nin qanuni təmsilçisi və direktoru olan Abbasova Fidan Adil qızı İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə təqsirli bilinərək, 20 000 manat məbləğində inzibati cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsinə görə taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.